Bütün növ Elektrik İşləri: Müxtəlif tipli Elektrik Avadanlıqlarının Quraşdırılması, Kabelləşdirilməsi və s.
Bizim Şirkətimiz bütün növ ATEX avadanlıqlarının inspeksiyasını, gulluğunu və təmir işlərini görür. Şirkətimiz müxtəlif növ elektrik qurğularını, o cümlədən, paylayıcı lövhələri, panelləri, transformator köşklərini, yarımstansiyaları və kabelləri beynalxalq və yerli standartlara uyğun şəkildə istehsal edir və quraşdırır. Biz, həmçinin transformator, stabilizator, “UPS” (Fasiləsiz Enerji Təchizatı), generator və başqa avadanlıqların da quraşdırılmasını həyata keçirik. Müxtəlif növ elektrik işlərinin görülməsi də xidmətlərimizə daxildir: kiçik, orta və yüksək gərginlikli (kabel işləri, torpaqlama, və s. ). Platforma, gəmi, kater və digər qurğularda göstərdiyimiz yüksək səviyyəli xidmətlər əldə etdiyimiz xüsusi təcrübələrdir.